Pakistanda Taliban tərəfdarı yaraqlılar hökumətlə sülh sazişini pozublar

Pakistanın şimal-qərbində Taliban tərəfdarı yaraqlılar hökumətlə əldə olunmuş sülh razılığından çıxdıqlarını bildiriblər. Bu açıqlama regionda təhlükəsizlik qüvvələrinə qarşı ikinci gündür həyata keçirilən bomba hücumlarından sonra verilib. Ayrı-ayrı üç hücum zamanı 56 nəfər həlak olub. Şimali Vəziristan yarı-muxtar vilayətindəki yaraqlılar bildiriblər ki, on ay bundan əvvəl əldə olunmuş sülh hökumətin yaraqlılara qarşı hücumlarına görə pozulur. Bu gün polis sıralarına qəbul məntəqəsində baş vermiş bomba hücumu 18 adamın ölümülə nəticələnib.