Onlarla fələstinli qaçqın Livanın şimalındakı qaçqın düşərgəsini tərk edərək islamçı yaraqlıların burada yenidən silahlı qarşıdurmaya başlaması ehtimalından qorunmağa çalışır.
Nəhr əl Bared düşərgəsində qalan son qaçqın qrupu Tripoli yaxınlığındakı sığınacağı bu gün tərk edib.
Livan ordusu Fətah əl İslam yaraqlıları ilə düşərgənin içində mayın 20-dən bəri döyüşür. Düşərgəni tərk edən qaçqınların sayı 31 minə çatıb. Döyüşlərdə 170-dən artıq adam həlak olub.
Çərşənbə axşamı bir Livan əsgəri snayper gülləsindən həlak olub. Ordu düşərgədə qalan yaraqlılara qarşı son hücuma hazırlaşdığını bildirir.