Rusiya Birləşmiş Ştatların peykini kosmosa göndərib

Rusiya Birləşmiş Ştatların rabitə peykini orbitə buraxıb. Roskosmosun rəsmiləri bildirib ki, DirecTV-10 peyki orbitdəki ünvana artıq çatıb.

6 tonluq peyki daşıyan Proton M raketi bu səhər Rusiyanın Qazaxıstandakı Baykonur kosmik mərkəzindən havaya uçub. DirecTV 10 Birləşmiş Ştatlar üçün yüksək keyfiyyətli rəqəmsal televiziya yayımı həyata keçirəcək.