Britaniyadakı müsəlman qrupları terror hücumu cəhdini pisləyiblər

Britaniyadakı müsəlman qrupların koalisiyası keçən həftə London və Qlazqoda terror hücumu cəhdini pisləyən kampaniyaya başlayıblar. “Bizim adımızdan yox” adlanan kampaniya bu gün bütün Britaniyada, qəzetlərdə reklamlarla işə başlayıb.

Reklam mətnində deyilir ki, İslam günahsız insanların öldürülməsini qadağan edir. Burda həmçinin böhrana sakit və adekvat reaksiya verən Britaniya hökumətinin səylərinə yüksək qiymət verilir. Küçə lövhələrində, avtobuslarda, və metro qatarlarında da yayılacaq reklam icmanı terrora qarşı birgə etiraz etməyə çağırır. Kampaniyaya Birləşmiş Müsəlmanlar koalisiyası sponsorluq edir. Koalisiya üzvlərinə Müsəlman həkimlər birliyi də daxildir.