Əfqanıstanda alman vətəndaşı oğurlanıb

Əfqanıstannın Daxili İşlər nazirliyi alman vətəndaşı və onun əfqan tərçüməçisinin ölkənin cənub-qərbində oğurlandığını bildidib. Bu iki adam ötən həftə yoxa çıxıb. Onların oğurlanmasının səbəbi aydın deyil. Alman rəsmilərinin məlumatına görə həmin şəxs nə Alman hökuməti, nə mediası, nə də yardım təşkilatı üçün işləyirdi.

Cənubi Əfqanıstanın Spin Boldak qəsəbəsində intiharçı hücumu nəticəsində 8 polis zabiti öldürülüb. Başqa insidentdə yolkənarı bomba partlayşı nəticəsində NATO-nun 1 əsgəri həlak olmuş, 2 nəfər isə yaralanmışdır. Əsgərlərin milliyəti açıqlanmır. Dünən isə yolkənarı bomba partlayışı 6 Kanada əsgərinin həyatına son qoymuşdu.