Venesuela prezidenti yeni xəbərdarlıqla çıxış edib

Venesuela prezidenti Hüqo Çaves xəstəxanalar və klinikaların səhiyyə xidmətləri xərclərini azaltmadığı təqdirdə, bütün tibb müəssisələrinin milliləşdiriləcəyi barədə xəbərdarlıq verib. O, milli televiziya ilə etdiyi çıxışı zamanı deyib ki, əgər özəl xəstəxana və klinikalar qanunlara tabe olmasa bu ölçüyə əl atılacaq və onlar ictimai səhiyyə xidmətinin təkribinə daxil ediləcək.

Hüqo Çaves özəl klinikaların xərclərini kapitalizmin bəlası adlandırıb. Venesuela lideri ölkədə yeni tibb müəssisələrinin açılışına yardım etsə də, onların kifayət qədər dərman və müalicə üçün müasir avadanlığa malik olmaması bir yana qalsın, onların ən elementar ehtiyaclarını belə ödəyə bilmir. Minlərlə həkim və tibbi personal pulsuz tibbi xidmət məqsədi ilə yoxsul və ucqar bölgələrə ezam edilib.