İstanbulda erməni jurnalistin qətli ilə bağlı məhkəmə başlayıb

İstanbulda erməni jurnalistin qətlində şübhəli bilənən 18 adamın bu gün məhkəməsi başlayıb. Minlərlə adam İstanbulun məhkəmə binası qarşısına toplaşaraq prosesin ədalətli keçirilməsini tələb edib. Hrant Dink adlı jurnalistin yanvar ayında günahkar olduğunu etiraf edən 17 yaşlı gənc tərəfindən öldürüldüyü deyilir. Jurnalistin 1900-cu illərdə Osmanlı imperiyası dövründə ermənilərin genosidə məruz qaldığını deməsi tükr millətçilərinin kəskin qəzəbi ilə qarşılanmışdı.