ABŞ və Rusiya prezidentləri görüş keçirir

Bu gün atasının Meyn ştatındakı malikanəsində ABŞ ptrezidenti Corc Buş rusiyalı həmkarı Vladimir Putinlə görüşür. İki günlük görüş çərçivəsində liderlər Kosovonun müstəilliyi, Polşa və Çex respublikasında raketlərdən müdafiə sisteminin yerləşdirilməsi və nüvə silahları proqramını dayandırmadığı təqdirdə İrana qarşı sanksiyalar kimi məsələləri müzakirə etməlidir. Ağ Ev Rusiya və ABŞ prezidentlərinin görüşünü tərəflərin ortaq zəmin əldə etməsi üçün yaxşı imkan kimi qiymətləndirir. Təhlilçilər Kennebunkport görüşünün Vaşinqtonla Moskva arasında münasibətlərin yaxşı olmadığı bir vaxta təsadüf etdiyini deyir. Ekspertlərin fikrincə bu il tərəflər arasında mühüm məsələlərlə bağlı fikir ayrılıqlarının ən kəskin dövrüdür. Fevral ayı Rusiya prezidenti Vladimir Putinin Münxen konfransı zamanı Amerikanın xarici siyasətini kəskin tənqid etməsi buna misaldır. İyun ayı Praqada prezident Buş Rusiyanı demokratik islahatları ləgitməkdə günahlandırmışdı. Moskva və Vaşiqnton arasında kəskin çıxışlar mübadiələsinə baxmayaraq bəzi ekspertlər Putinlə Buş arasındakı şəxsi münasibətlərin normal olduğunu deyir. Rusiya üçün təhlükəsizlik sahəsində iki kabusun kombinasiyası mövcuddur. Bunlardan biri müdafiə sistemi, digəri NATO-nun şərqə dorğu genişlənməsidir. Ekspertlərin fikrincə prezidentlər arasında səmimiyyət və dostluq şəraitində, müşavirlərin məhdud iştirakı ilə keçirələcək bu görüş Vaşiqton və Moskva münasibətlərinə müsbət təsir bağışlayacaq. Prezident Buşun atası, ABŞ-ın sabiq prezidenti Corc Buş da görüşün qeyri-rəsmi hissəsində iştirak edəcək.