BMT müfəttişləri Şimali Koreyanın əsas nüvə reaktoruna baş çəkiblər

BMT nüvə müfəttişləri Şimali Koreyada aparılacaq təftiş işləri barədə kommunist dövlətin rəhbərliyi ilə razılaşma əldə etdiklərini deyirlər. Bu gün əsas nüvə müəssisəsinə getdikdən sonra Beynəlxalq Atom Enerjisi Agentliyinin direktor müavini Olli Heynonen reaktorun bağlanması haqda razılığa gəlindiyini bildirib. O, əlavə açıqlama verməyib. BMT müfəttişləri bu gün Yonqbyon nüvə kompleksini gəzdikdən sonra Şimali Koreya paytaxtı Pxenyana qaydıblar. Müfəttişlər xəbər veriblər ki, reaktor hələ də fəaliyyət göstərir və onlar təftiş olunmalı yerlərə baxa biliblər. Müfəttişlər səfərdən razı qaldıqlarını bildiriblər.