BMT müfəttişləri Yonqbyon nüvə reaktorunu ziyarət edib

BMT müfəttişləri Şimali Koreyada hökumətin yanacaq yardımı müqabilində bağlanmasına razı olduğu nüvə reaktorunun yerləşdiyi obyekti ziyarət ediblər. Bu, 2002-ci ildə Şimali Koreyanın Beynəlxalq nüvə agentliyinin müfəttişlərini ölkədən çıxarmasından sonra onların Yonqbyon nüvə müəssisəsinə ilk gəlişidir.

BMT müfəttişlərindən ibarət qrup Şimali Koreyanın Birləşmiş Ştatlar, Cənubi Koreya, Yaponiya, Çin və Rusiya ilə fevral ayında altıtərəfli danışıqlar zamanı razı olduğu kimi, reaktorun bağlanma monitorinqinin planını ölkə rəsmilərilə müzakirə edəcəklər. Nüvə reaktorunu bağlanması müqabilində Şimali Koreya bu beş ölkədən yanacaq yardımı alacaq.