Britaniyanın yeni baş naziri Qordon Braun 41 yaşlı Devid Milibendi xarici işlər naziri təyin edib. Sabiq baş nazir Toni Bleyrin yaxın müttəfiqi olan Milibend son 30 ildə bu vəzifəni tutan ən gənc xarici işlər naziridir.
Baş nazir Braun yaxın müttəfiqi Alistar Darlinqi maliyyə naziri vəzifəsinə təyin edib. Maliyyə ekspertləri Darlinqin nazirliyi dövrü Britaniyanın büdcə sistemində böyük dəyişikliklərin gözlənilmədiyini deyirlər.
Britaniya mediası xəbər verir ki, cənab Braunun kampaniyasının meneceri Cək Strounun ədliyyə naziri təyin ediləcəyi gözlənilir.