Dəclə sahilində 20 başsız cəsəd tapılıb

İraq rəsmiləri Bağdadda avtobus dayanacağında maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 21 nəfərin həlak olduğunu bildirir. Bu gün səhər əsasən şiələrin yaşadığı Bayaa qəsəbəsində nəqliyyatın məşğul zamanında baş verən partlayış zamanı 40 nəfərin yaralandığı bildirilir.

Partlayış nəticəsində azı 40 maşın sıradan çıxıb.

Bundan əlavə, Şorca ticarət mərkəzindəki hücum azı 2 nəfərin ölümünə səbəb olub. Britaniya hərbçilərinin verdiyi məlumata görə, Bəsrədə yol kənarına yerləşdirilmiş bomba partlayışı 3 britaniya əsgərinin ölümünə səbəb olub. Bu gün İraq rəsmiləri Dəclə çayının sahilində 20 adamın başsız cəsədini aşkar ediblər.