İsrail və Fələsin rəsmiləri Şərm ƏL-Şeyxdə görüşəcəklər

İsrailin baş naziri Ehud Olmert və fələstinlilərin prezidenti Mahmud Abbas gələn həftənin əvvəlində Misrin Şərm Əl-Şeyx istirahət guşəsində keçiriləcək danışıqlarda iştirak edəcəklər. İordaniya kralı Abdullanın da iştirakı gözlənilən sammitə ev sahibliyini Misir prezidenti Hüsnü Mübarək edəcək. Danışıqların mərkəzində əsasən Fələstin fraksiyaları Həmas və Fətah arasındakı münasibətlər barədə məsələ olacağı gözlənilir.

Cənab Abbasın sözçüsü bildirib ki, İsrail danışıqları birbaşa cənab Abbasla aparmalıdır. Fələstin rəsmiləri deyiblər ki, onlar eləcə də İordan Çayının Qərb Sahilində fələstinlilərin sərbəst hərəkətinə mane olan yoxlama məntəqələrini götürməsi üçün İsrailə təzyiq göstərəcəklər.