Avropa Birliyinin ticarət bloku zirvə toplantısını keçirir

Brüsseldə Avropa Birliyi liderlərinin 27 ölkənin daxil olduğu ticarət blokunda biznes əlaqələrinin müəyyənləşdirilməsinə həsr olunmuş zirvə toplantısı işinə başlayıb.

Sammitdən öncə Avropa Birliyində rotasiya üzrə prezidentliyi icra edən Almaniyanın kansleri Angela Merkel üzv ölkələri ticarət blokunun genişləndirilməsilə bağlı dərin fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb. Ticarət blokunun üzvlərinin sayı 2004-cü ildən 15-dən 27-yə çatıb.