Əli Laricani Məhəmməd Əl Baradei ilə Vyanada görüşəcək

İran rəsmiləri ölkənin nüvə danışıqlarında əsas nümayəndəsi Əli Laricaninin İranın nüvə proqramını müzakirə etmək üçün BMT-nin nüvə agentliyinin başçısı Məhəmməd Əl-Baradei ilə cümə günü Vyanada görüşəcəyini bəyan ediblər. İran mətbuatının bildiriyinə görə, Əli Laricani həmçinin Avropa Birliyinin xarici siyasət şöbəsinin rəhbəri Havyer Solana ilə şənbə günü Lissabonda görüş keçirəcək.