Mahatma Qandinin ad günü Beynəlxalq  Qeyri-zorakılıq günü kimi qeyd ediləcək

BMT bildirib ki, Hindistan Azadlıq Hərəkatının lideri Mahatma Qandinin anadan olmasının ildönümünü Beynəlxalq Qeyri-zorakılıq günü kimi qeyd ediləcək. BMT beynəlxalq ictimaiyyəti Gandinin ad günü olan oktyabr ayının ikisində sülhə çağırış, dözümlülük, anlayış və qeyri-zorakılığı təşviq etməyə çağırıb. Hindistanın təqdim etdiyi bu qətnaməni BMT Baş Assambleyasının 192 üzvü qəbul edib.

Xatırladaq ki, Mahatma Qandi Hindistanı müstəmləkədə saxlayan Britaniyaya qarşı dinc mübarizə hərəkatına rəhbərlik edib. Onun mübarizəsi 1947-ci ildə Britaniya müstəmləkəçiliyinə son qoydu. Mahatma Qandi 1947-ci ildə hind millətçiləri tərəfindən güllə ilə öldürülüb.