Bəsrədə komendant saatı elan olunub

İraq baş naziri qeyri-müəyyən müddətə Bəsrə şəhərində komendant saatı elan edib. Hökumət bu addımı Zübeyr şəhərində Sünni məscidi partladıldıqdan sonra atıb.

Başqa xəbərdə Əl Qaida ilə bağlı qrup bildirir ki, xəbərdarlıq müddəti başa çatdıqdan sonra onun saxladığı 14 İraq əsgəri və polisi edam edilib. Qrupun İnternetdə qoyduğu videoda qiyamçıların əsgərləri güllələməsi nümayiş etdirilir. Bazar Ertəsi qrup 14 İraqlını saxladığını bildirərək hökumətdən bütün Sünni məhbusları azad etməyi tələb etmişdi. İraqın müxtəlif vilayətlərində dünən 4 ABŞ əsgəri öldürülüb.