Həmas Fətah fraksiyasının qərargahına nəzarəti əlinə alıb

Fələstinli şahidlər bildirir ki, Həmas yaraqlıları Qəzza Zolağında rəqib Fətah fraksiyasnın təhlükəsizlik qərargahına nəzarəti ələ keçirib. Qərargah Həmasın ərazinin böyük hissəsinə nəzarəti ələ keçirməsindən sonra Fətahın Qəzzada son istinadgahı idi.

Fətahın rəhbəri olan Fələstin prezidenti Mahmud Abbasın Həmasla birlik hökumətini elan edəcəyi gözlənilir. Fətah rəsmiləri cənab Abbasın planlaşdırılmış elanı haqda təfərrüatları açıqlamayıblar.