Kabuldan şimala gedən yolda bir qrup silahlı adam Əfqanıstanın baş prokuru Abdul Cabbar Sabetə hücum edərək onu tüfəng qundaqları ilə döymüşlər. Xəstəxanaya aparılan dövlət rəsmisinin köməkçiləri deyiblər ki, hücumçular daxili işlər nazirliyinin çalışan generalın adamları olub. Sabet Əfqan hökumətində korrupsiya əleyhinə danışmaqla özünə çoxlu düşmən yaradıb. Başqa xəbərdə rəsmilər deyirlər ki, Cənubi Əfqanıstanda baş verən müxtəlif insidentlərdə 3 polis və 13 Taliban militantı öldürülüb. Son həftələrdə Taliban qiyamçılarının xüsusilə aktiv olduğu cənubi və şərqi Əfqanıstanda zorakılıq halları artıb.