65 yaşlı polşalı 19 illik komadan oyanıb

Polşada 65 yaşlı qoca kişi təqribən 20 il komada qaldıqdan sonra yenidən gözlərini açıb. Polşa mediasının verdiyi xəbərə görə, 1988-ci ildə qəzaya uğradıqdan sonra komaya düşən dəmiryolu işçisi Yan Qrjebski həyata qayıtdığına görə xanımı Gertrudaya minnətdar olduğunu deyir.

Həkimlər onun nəinki komadan oyanacağını, heç bir neçə ildən artıq yaşayacağını da gözləmirmişlər.

19 il komada olduğu dövrdə onun tibbi qayğılarını əsasən xanımı çəkib.

Qrjebski huşunu itirəndə Polşa kommunizmə qarşı çıxırdı. O, televiziyaya müsahibəsində boş piştaxtaları xatırladığını və indi dükanlardakı bolluğa və mobil telefonlarla ora-bura gəzən adamlara alışmağa çalışdığını deyib. Dörd üşaq atası olan Qrjebski 11 nəvəsi ilə də yeni-yeni tanış olur.