ABŞ və Çin rəsmiləri Şimali Koreyanın maliyyə fondları məsələsini müzakirə ediblər

Birləşmiş Ştatların Şimali Koreyanın nüvə proqramı ilə bağlı danışıqlarda baş müzakirəçisi Kristofer Hil tərksilah prosesini saxlayan mürəkkəb maliyyə mübahisəsini həll etmək məqsədilə bu gün Pekində Çinli həmkarı ilə görüşüb. Pxenyan xarici bankdan əvvəllər dondurulmuş hesablardan 25 milyon dollar məbləğində vəsait köçürülməyənə qədər nüvə silahı proqramına dair altıtərəfli danışıqlara qayıtmaqdan imtina edir.

Çinin müzakirəçisi Vu Daveylə görüşdən sonra müxbirlərlə danışan ABŞ Dövlət katibinin yardımçısı Kristofer Hil deyib ki, hüquqi məsələlər və digər qanuni məsələlərə görə pulların Makau bankından Şimali Koreyaya köçürülməsində çətinliklər yaranıb. Kristofer Hil deyib ki, bu, həqiqətən də texniki problemdir və siyasi yollarla həll oluna bilməz.

Cənubi Koreya, Rusiya, Yaponiya da daxil olmaqla, nüvə proqramına dair danışıqlar aparan altı ölkə fevral Şimali Koreyanın silahsızlaşdırılması üçün vaxtın müəyyən edilməsi haqda razlıq əldə etmişdi. Şimali Koreya aprel ayının ortalarına qədər nüvə reaktorunu başlamağa razı olmuşdu. Lakin müddət yaxınlaşdıqca Şimali Koreya Makau bankında 25 milyon dollarlıq fondlar verilməyənə qədər prosesi başa çatdırmaqdan imtina etmişdir.
Bu fondlar 2005-ci ildə rəsmi Vaşinqton çirkli pulların yuyulmasında Şimali Koreyaya yardım göstərdiyinə görə bankı qara siyahıya saldıqdan sonra dondurulmuşdur. Sanksiyalar 2005-ci ildə qaldırılmış, lakin texniki səbəblər üzündən pulların köçürülməsi ləngimişdir.