Suriyada referendum keçirilir

Bu gün Suriyada prezident Bəşar Əl-Əsədə daha yeddi il hakimiyyət verəcək ümummilli referendum keçirilir. Qeyd edək ki, prezidentə müxalif heç bir namizəd qeydiyyata alınmayıb. Beləliklə 10 milyon seçici “hə” və ya “yox” deyə Əl-Əsədə səs verir. Dəməşq parlamenti bu ayın əvvələrində prezidentin yenidən seçilməsi qərarını yekdilliklə təsdiq etmişdi. Referendumun yeganə şərti prezidentin səslərin 51 faizini əldə etməsidir. Referendumun nəticələrinin sabah elan ediləcəyi gözlənilir.