Amerika Qazaxıstan hökumətini tənqid edib

ABŞ Qazaxıstanı ölkə qanunlarını pozduğuna görə KTK televiya şirkətinin yayımları və “Karvan” qəzetin nəşrini dayandırmasına görə tənqid edib. Amerikanın Astanadakı səfirliyinin bu gün açıladığı bəyanatında deyilir ki, hökumət demokratiya və azad söz öhdəliklərinə sadiq qalmalıdır. Bildirilir ki, hətta hökumətin mövqeyinə əks olsa belə, ictimaiyyət müxtəlif nöqteyi-nəzərləri eşitmək kimi bir hüquqa malikdir. Xatırladaq ki, qazax hökuməti dünən KTK tele-kanalı və Karvan qəzetinin fəaliyyətinə 3 aylıq qadağa tətbiq edib. Bu mətbuat orqanlarının hər ikisinin də prezident Nursultan Nazarbayevin iki bankirin oğurlanmasında ittiham edilən kürəkəni Rahat Əliyevlə əlaqəsi var.