BAEA İranın nüvə proqramını davam etdirdiyini bildirir

BMT-nin Nüvə Agentliyinin yeni hesabatında beynəlxalq ictimaiyyətin İranın mübahisəli nüvə faəliyyətlərinə son qoymaq tələblərinə baxmayaraq, uran zənginləşdirilməsi proqramını davam etdirdiyini bildirilir. Beynəlxalq Atom Enejisi Agentliyi bildirib ki, təftiş imkanına malik olmadığına görə agentliyin İranın nüvə proqramını monitorinq etmək qabiliyyəti azalıb. Hesabat İrana qarşı sanksiyaların gücləndirilməsinə əsas yaradır.

Təhlükəsizlik Şurası İrana nüvə silahı istehsalında istifadə oluna biləcək uranın zənginləşdirilməsi proqramını dayandırmaq üçün cümə axşamına qədər vaxt verib. Şuranın əvvəlkli qətnamələrinə əməl etmədiyi üçün hazırda İrana qarşı məhdud BMT sanksiyaları tətbiq edilib.