Gürcüstanın İnam, Vətən və Dil Partiyasının lideri qətlə yetirilib

Gürcüstan polisinin bildirdiyinə görə, İnam, Vətən və Dil Partiyasının lideri, 67 yaşlı Guram Şaradze dünən Tbilisi şəhərində aldığı üç güllə yarasından həyatını dəyişib. Yerli televiziya ilə qətldə şübhəli bilinən şəxsin həbs edildiyi bildirilsə də, qətlin motivləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Gürcüstan parlamentinin keçmiş üzvü, Tbilisi Universitetinin professoru Şaradze Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdianın məsləkdaşlarından idi. O, eləcə də Qərbin Gürcüstana olan təsirinə qarşı idi.