Rumıniya prezidenti referendumdan qalib çıxıb

Rumıniyada seçki rəsmilərinin məlumatına görə Prezident Trayan Baçesku impiçment referendumundan xətərsiz sovuşub. Səslərin 90 faizi sayıldığı halda seçicilərin 74 faizi cənab Baçeskunun impiçmentinin əleyhinədir. Referendumda vətəndaşların 44 faizi iştirak edib. Rumıniya parlamenti ötən ay Prezident Baçeskuya töhmət verərək onu səlahiyyətini aşmaqda günahlandırdı və referendum elan etdi. Cənab Baçesku isə istefa verməkdən imtina edərək, parlamentarları onun islahatlarının qarşısını almaq cəhdində ittiham etdi.