ABŞ prezidenti Corc Buş həftəlik radio müraciətini Ağ Evin qanunvericilərlə əldə etdiyi mühacirət razılığına həsr edib. Qanunvericilərə təşəkkürünü bildirin prezident deyib ki, bu, siyasi partiyaların birgə çalışdığına nümunədir. Razılığa əsasən artıq ölkə daxilində olan sənədsiz insanların statusu qanuniləşdirilməli, xaricilər müvəqqəti iş vizaları ilə təmin edilməlidir. Prezident Buş sənədin Amerika sərhədlərinin möhkəmlədirilməsini tələb etdiyini bildirib. O deyib ki, planın effektivliyini sərhədlərin təhlükəsizliyi təmin edə bilər.