İsrailin hava qüvvələri Həmasın qərargahını atəşə tutub

İsrail hava qüvvələri Fələstin yaraqlılarının İsrailə qarşı hücumlar üçün istifadə etdiyi Həmasın Qəzza şəhərindəki qərargahını atəşə tutaraq 3 nəfəri öldürmüşdür. Şahidlərin bildirdiyinə görə, hücum əlavə 30 insanın yaralanmasına səbəb olub. İsrail hərbi qüvvələri ağır silahla dolu maşınların və tankların İsrail-Qəzza sərhəddində mövqelərini möhkəmlətdiyini bildiriblər.

Prezident Mahmud Abbas isə bu gün baş nazir İsmayıl Haniyeh ilə döyüşlərin dayandırılması ilə əlaqədar danışıqlar aparmaq üçün Qəzzaya getmək planını təxirə salıb.