İran gələn həftə ABŞ-la danışıqlar aparmağa razı olub

İran gələn həftə İraqda təhlükəsizlik məsələsini Birləşmiş Ştatlarla müzakirə edəcəyini bildirib. İranın rəsmi İRNA xəbər agentliyi Xarici İşlər nazirliyinin sözçüsü Məhəmməd Əli Hüseyniyə istinadən məlumat verib ki, Tehran bu danışıqlara İraq xalqının əziyyətilərini azaltmaq, İraq hökumətinə dəstək vermək və İraqda sülh və təhlükəsizliyi bərqərar etmək məqsədilə razı olub. Xəbərə əsasən, İran danışıqlar haqda möraciəti Tehrandakı İsveçrə səfirliyi vasitəsilə alıb. ABŞ-ın vitse-prezidenti Dik Çeyninin sözçüsü bildirib ki, Amerika İranla İraqa dair danışıqlar aparmağa hazırdır. ABŞ rəsmiləri İran və Suriyanın İraqla sərhədə nəzarəti gücləndirməsini və İraqda yaraqlılara idəstəyi dayandırmasını stəyir.