İslamçı qrup jurnalisti oğurladığını etiraf edib

Fələstin ekstremist qrupu BBC jurnalisti Alan Constonu oğurladığını bildirib və Britaniyadan onun azad olunması üçün radikal İslam ruhanisini həbsdən buraxmağı tələb edib.

Cayəş əl İslam – İslam ordusu iddialarını əl Qaidə də daxil olmaqla radikal İslamçılar tərəfindən istifadə olunan internet səhifəsinə göndərdiyi səs yazısında səsləndirib. Həmin səhifədə Alan Constonun şəxsiyyət vəsiqəsi də göstərilib.

Qrup Britaniyadan Əl Qaidə ilə əlaqələri olmaqda günahlı bilinən Abu Qətədə əl Fələstini və digər məhbusları azad etməyi tələb edir. Fələstinin informasiya naziri Mustafa Barquti isə Constonun 8 həftəlik girovluqdan azad edilməsi üçün səylərin davam etdiyini bildirib.