ABŞ prezidentliyinə 10 respublikaçı namizədin İraq müharibəsi, vergi və terrorizm məsələləri ətrafında ilk debatları Kaliforniya ştatının Simi vadisində təşkil edilib.Debat iştirakçılarının əksəriyyəti ABŞ-ın İraqdakı hərbi fəaliyyətlərinə dəstək verib. Arizona senatoru Con Makkeyn bidlirib ki, Amerika qüvvələrinin İradqan geri çəkilməsi genosid və xaosa səbəb olacaq. Senator İradqa qüvvələrin sayının artırılmasının tərəfdarı olduğunu bildirib. Masacusset ştatının sabiq qurbernatoru Mitt Romni qüvvələrin mümkün qədər tez bir zamanda vətənə qaytarılmalı olduğunu bildirərək deyib ki, bu elə bir şəkildə edilməlidir ki, onların yenidən İraqa qaytarılmasına ehtiyac olmasın. Arkanzasın sabiq qubernatoru Mayk Hukabbe deyib ki, prezident keçmiş müdafiə naziri Donald Ramsfeldi keçən il seçkilərindən əvvəl işdən kənar etməli idi. Nyu-Yorkun sabiq meri Rudolf Culiani Amerikanın populyar prezidenti Ronald Reyqanın xatirəsini anaraq, onun ABŞ-ın qüdrətlənməsində əvəzsiz rol oynadığını deyib. Fikir mübadiləsi aparılan Ronald Reyqan adına kitabxana zalında ABŞ-ın sabiq birinci xanımı Nensi Reyqan da olub.