Boris Yeltsin son mənzilə yola salındı

Dövlət səviyyəsində matəmdən sonra Rusiyanın demokratik yolla seçilmiş ilk lideri Boris Yeltsin bu gün Moskvada Novodeviçiy qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində ali ruhani xadimlər və böyük sayda xarici qonaqlar iştirak edilər.
Rusiya pravoslav kilsəsinin 3 baş keşişi xilaskar Məsih kilsəsində keçirilmiş və milli televiziya ilə yayımlanmış mərasimi idarə etrmişlər.
Rusiya prezidenti Vladimir Putin, Yeltsinin ailə üzvləri və xarici qonaqlar sabiq ölkə prezidentin cənazəsini aparan hərbi maşının arxası ilə addımlamışdılar. Fəxri hərbi qvardiya mərasimi müşayiət etmişdir.
Mərasim iştirakçıları arasında sabiq ABŞ prezidentləri Corc Herbert Buş və Bill Klinton, Britaniyanın sabiq baş naziri Con Meycor olmuşlar. Almaniya prezidenti Horst Kohler, sabiq Sovet rəhbəri Mixail Gorbaçov və sabiq Polşa prezidenti Lex Valensa da dəfn mərasimində iştirak etmişlər. Rusiya prezidenti Vladimir Putin bu gün ölkədə rəsmi matəm elan edib.