ABŞ İran və Suriyanın 14 fərd və şirkətinə qarşı sanksiyalar tətbiq edib. Dünən elan edilən sanksiyalar raket texnologiyası və kütləvi qırğın silahlarının istehasalı üçün materiallar alqı-satqısında günahlandırılan şirkətlərə şamil edilir. İran və Suriyanın silahların yayılmamasına dair sazişə əsasən həmin bu fərd və şirkətlərin gələn iki il ərzində ABŞ-ın hökumət agentlikləri ilə biznes əlaqələri qadağan edilir. Təşkilatlar arasında Livanın Hizbullah hərəkatı, Çin, Malayziya, Meksika və Sinqapur şirkətləri, habelə Suriyanın dəniz və hava qüvvələri yer alır.