Corc Buş: Bu, bütün ölkənin kədəridir

ABŞ prezidenti Corc Buş həftəlik radio müraciətini Virciniyanın Texnoloji Universitetində 32 adamın ölümü ilə nəticələnən hadisəyə həsr edib. Prezident deyib ki, milyonlarla amerikalı hücumun qurbanları və onların ailələrinə dua edir. O, bu faciənin bütün ölkənin kədəri olduğunu bildirib. Dünən 32 nəfər və özünü öldürən Ço sanq Hinin ailəsi yazılı bəyanat verib. Qatilin bacısı Sun Kyun Ço tərəfindən yayımlanan bəyanatda faciənin ailəni satsıtdığı və qardaşının qurbanlarının ailə üzvlərindən üzr istənildiyi bildirilir. Sun Kyun Ço yazır ki, ailəsi qardaşının belə bir əmələ qadır olduğunu ağlına belə gətirə bilməzdi. O, ailəsinin köməksiz, ümidsiz və başını itirmiş vəziyyətdə oldğuunu deyib. Qeyd edək ki, dünən Amerika Birləşmiş Ştatlarında bir günlük matəm elan edilmişdi.