Birləşmiş Ştatların Müdafiə Naziri Robert Geyts Bağdadda İraq liderlərilə görüşündən sonra deyib ki, onun ölkəsi İraqdakı öhdəliklərinə sadiqdir, lakin o bu öhdəliklərin sonsuz olmadığını vurğulayıb.
Müdafiə Naziri bu gün İraqın Baş Naziri Nuri Əl Maliki ilə İraqın təhlükəsizlik vəziyyətini müzakirə edib. O, dünən gözlənilmədən İraqa səfər edib və Birləşmiş Ştatların Fəllucədəki hərbi komandirlərilə İraqda bu yaxınlarda baş verən güclü bomba partlayışlarını müzakirə edib. Çərşənbə günündən bəri baş vermiş bomba partlayışları nəticəsində 200-dən çox adam həlak olub.
Bu, cənab Geytsin müdafiə Naziri təyin olandan bəri İraqa üçüncü səfəridir. Onun bu səfəri İraq liderlərini şiə və sünnilər arasındakı təriqqət zəmində baş verən zorakıklıqlara son qoyma, neft sərvətini şiə, sünni və kürdlər arasında bərabər bölüşdürmə çağırışı ilə bağlıdır. Cənab Geyts müxbirlərə deyib ki, bu məsələlərin həllinin müşkül olduğunu bilir, lakin İraqın qanunvericiləri bu məsələləri tezliklə həll etməlidirlər.
Bu arada Birləşmiş Ştatlarım hərbi rəsmiləri deyirlər ki, Amerika əsgərlərinin gözətçi postu məsciddən atəşə məruz qaldıqdan sonra, əsgərlər cavab atəşi açmış və iki yaraqlını öldürmüşlər.