Holokast qurbanlarının xatirəsi anılıb

Bu gün Polşada minlərlə insan Osventsium ölüm düşərgəsində həlak olan 6 milyon yəhudinin xatirəsini yad edib. Anım mərasiminin iştirakçıları 3 km-lik məsafə, qaz kameralarının yerləşdiri bölgələrə yürüş təşkil edib. İkinci Dünya müharibəsi dövrü təkcə bu ölüm düşərgəsində əksəriyyəti yəhudi olmaqla, 1.1 milyon insan qətlə yetirilmişdi. Onlar qaz kameraları, ağır əmək, aclıq və xəstəliklərin qurbanları olmuşlar.