BMT-nin nüvə agentliyinin başçısı İranı nüvə proqramında şəffaflıq nümayiş etdirməyə çağırır. Beynəlxalq Atom enerjisi agentliyinin rəhbəri Məhəmməd ƏlBaradei digər ölkələri İranın nüvə ambisiyalarına görə yaranmış qarşıdurmanı hərbi yolla həll etməməyə səsləyib. O deyib ki, həll yolunun müzakirələr vasitəsilə tapılması üçün vaxt var. Məhəmməd ƏlBaradei bu açıqlamaları bu gün İordaniyada kral Abdullahla görüşündən sonra verib.
Bu arada, İran hazırda tikilməkdə olan stansiya ilə yanaşı, daha iki nüvə elektrik stansiyasının inşası üçün tender elan etdiyini bildirib. İran nüvə proqramının dinc məqsəd daşıdışını bəyan edir. BMT Təhlükəsizlik Şurası İranın nüvə silahı istehsalında istifadə oluna bilən uran zənginləşdirilməsi proqramına son qoymasını tələb etmişdi.