Beynəlxalq Valyuta fondu dünya iqtisadiyyatının güclü olaraq qaldığını bildirir

Beynəlxalq valyuta fondu bildirir ki, qlobal iqtisadi inkişaf bu il və gələn il güclü olaraq qalsa da, bir qədər yavaşıma müşahidə olunacaq. Beynəlxalq maliyyə qurumunun bu gün Vaşinqtonda açıqlanmış hesabatına əsasən, dünya üzrə iqtisadi inkişaf 4,9 faiz təşkil edəcək. Beynəlxaq Valyuta fondu bildirir ki, bu, 2006-cı ildə olduğundan yarım faiz azdır. Hesabtda habelə deyilir ki, ABŞ iqtisadiyyatında daşınmaz əmlak bazarında problemlərə görə yavaşıma olsa da, iqtisadi inkişaf neft qiymətlərinin düşməsilə bərpa olur.