Qlobal istiləşmə ilə mübarizə məqsədi ilə tədbirlər həyata keçirilir

Madonna və Red Hot Chilinin də iştirakı ilə iqlim dəyişlikliyi ilə bağlı xəbərdarlıq mahiyyəti daşıyan konsertlər təşkil ediləcək. İyul ayında 7 ölkədə keçiriləcək tədbirlərin 2 milyarda yaxın auditorya toplayacağı təxmin edilir. Cənub Afrika, Britaniya, Braziliya, Çin, Avstraliya, Yaponiya və Amerika Birləşmiş Ştatlarında təşkil ediləcək konsertlər ABŞ-ın sabiq vitse-prezidenti Əl Gor tərəfindən təbliğ edilir. O, ümid etdiyini bildirir ki, konsertlətrdən əldə edilən vəsait qlobal istiləşmə probelmlərinin həllinə yardım edəcək.