Taliban yaraqlıları digər girovu da öldürəcəkləri ilə hədələyirlər

Əfqanıstandakı Taliban yaraqlıları hökumətin üsyançı məhbusları azad etmədiyi təqdirdə digər girovu da öldürəcəkləri ilə hədələyirlər. Yaraqlıların sözçüsü Şahbəddin Atal bu gün bildirib ki, hökumət talibanlarla danışıqlardan imtina etsə, onlar keçən ay girov götürdükləri tibb işçisini qətlə yetirəcəklər.

Xatırladaq ki, əfqan həkim, üç tibb bacısı və sürücü mart ayının 26-da Qəndəhar vilayətində girov götürülmüşdü. Dünən isə Taliban yaraqlıları girov götürdükləri İtalyan jurnalistinin tərcüməçisinin başını kəsiblər. Onlar jurnalisti hökumət onlarla danışıqlara getmədiyi üçün qətlə yetirdiklərini bildirmişlər.