İraqdakı ABŞ hərbçilərinin bildirdiklərinə görə Əl Anbar vilayətində həyata keçirilən müxtəlif əməliyyatlar zamanı 6 terrorçu öldürülüb, 13 nəfər şübhəli isə nəzarət altına alınıb. Əməliyyatlar Suriya sərhəddi yaxınlığındakı Əl Qaim şəhərində və Fəllucada həyata keçirilib.
Bu arada Əl Anbar vilayətində dünən həyata keçirilən əməliyyatlar zamanı ABŞ-ın bir dəniz piyadası əsqərinin həlak olduğu da təstiq edilib.