Əfqanıstanda polis işçiləri hücuma məruz qalıb

Əfqanıstanın səlahiyyətli nümayəndələri Taleban yaraqlıları olduğundan şübhələnilən şəxslər tərəfindən 7 polis işçisinin qətlə yetirildiyini bildirirlər. Qəndəhar şəhər polis idarəsinin rəisi silahlı şəxslərin polis nəfərlərini pusquya saldığını deyib. Polisin cavab atəşi açmasına baxmayaraq, silahlı şəxslər qaçmağa nail olub. Helmand vilayətində isə Taleban tərəfindən bu gün üç əfqanın asıldığı bildirilir. Onlar NATO qüvvələrinə casusluqda günahlandırılırdı.