Ermənistanın baş naziri Andranik Marqaryan ürək tutması səbəbi ilə dünyasını dəyişib. 55 yaşlı baş nazirin vəfatı bu gün Ermənistan rəsmisi tərəfindən təsdiq edilib. Andranik Marqaryan bu vəzifəyə 2000-ci ilin may ayı, prezident Robert Koçaryan tərəfindən sabiq baş nazir Aram Sarkisyan kənar edildikdən sonra təyin edilmişdi. Andranik Marqaryan 1960-70-ci illərdə dissident hərəkatının üzvü olmuş, Ermənistanın müstəqilliyi uğrunda apardığı fəaliyyətə görə 1974-cü ildə iki il müddətinə azadlıqdan məhrum edilmişdi.