İran prezidenti viza ilə təmin edildi

ABŞ Dövlət Departamenti İran prezidenti Mahmud Əhmədinejadın BMT-nin Təhlükəsizlik Şurasının sessiyasında iştirakını təmin edib. Dövlət Departamentinin sözçüsü Şan Makkormak bildirib ki, prezident Əhmədinejad, İran diplomatları və təhlükəslziklə bağlı vizalar təsdiq edilib. Lakin o, İranın uçuş heyətinin vizalarının hələ hazır olmadığını bildirib. Bu gün səhər İran Amerikanı İran liderini viza ilə təmin etməməkdə günahlandırmışdı. ABŞ rəsmiləri Təhlükəsizlik Şurasının sabah İrana qarşı sanksiyalar irəli sürən qətnamə layihəsini səsverməyə çıxaracağına ümid bəslədiklərini deyirlər.