ABŞ və Azərbaycan Enerji təhlükəsizliyinə dair Memorandum imzalayıblar

ABŞ dövlət katibi Kondoliza Rays və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Xəzər regionunda enerji təhlükəsizliyi sahəsində qarşılıqlı anlaşma haqqında memorandum imzaladılar.

Dövlət katibinin müavininin yardımçısı Matyu Brayzanın imzalanma mərasimində elan etdiyi kimi, Anlaşmada Birləşmiş Ştatlar və Azərbaycan Respublikasının Xəzər regionunda enerji təhlükəsizliyinə dair zirvə dialoqu təşkil etmək niyyəti əksini tapıb. Həmin dialoqa ABŞ Dövlət Departamenti və Azərbaycan Xarici İşlər Nazirliyinin həmsədrlik etməsi nəzərdə tutulub.

"Bu yüksək səviyyədə dialoq Azərbaycanda dunya bazarlarına çıxarılması məqsədilə neft və qaz istehsalının genişləndirilməsi istiqamətində dövlətlər və şirkətlər arasında artıq mövcud olan əməkdaşlığı daha da genişləndirməyi hədəf alır," deyə cənab Brayza qeyd etdi. Sənədə əsasən, Türkiyə-Yunanıstan-İtaliya qaz kəmərinin gerçəkləşdirilməsi, bu və potensial olaraq Rumıniyanın Nabukko və digər kəmərlər vasitəsilə Azərbaycan qazının Avropa bazarlarına çıxarılması, bununla da təbii qaz təchizatı yollarının müxtəlifləşdirilməsi ilə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi xüsusi diqqət mərkəzində olacaq.

Mətyu Brayza bildirdi ki, qarşılıqlı anlaşma haqqında memorandum enerji, islahatrlar və təhlükəsizlik sahələrində ABŞ-Azərbaycan əməkdaşlığının vacib elementini təşkil edir.