Şimali Koreya danışıqları təxirə salır

Şimali Koreyanın tərk-silah danışıqlarının iştirakçıları danışıqların dayandırılması ilə bağlı narazılıqlarını bildiriblər. Xatırladaq ki, Şimali Koreyanın nüvə proqramı ilə əlaqədar danışıqlar həmin ölkənin müzakirədə iştirak etməyəcəyini bildirməsindən sonra təxirə salınıb.

Şimali Koreya Makau bankında dondurulmuş 25 milyon dollarlıq hesabının Pekinin Çin Bankına köçürüldüyündən arxayın olmayınca, müzakirələr masası arxasında əyləşməyəcəyini bildirib.

Birləşmiş Ştatlar Dövlət katibinin müavini Kristofer Hill müzakirələrin yubadılmasına görə narazılığını bildirsə də, Şimali Koreyanın öhdəliklərinə sadiq qalacağına inandığını deyib.

Birləşmiş Ştatlar, Şimali və Cənubi Koreya, Yaponiya, Rusiya və Çinin rəsmiləri danışıqlarda cüzi tərəqqinin əldə edildiyini bildirirərək qeyd edirlər ki, tərəflər arasındakı müzakirələr iki gündən sonra keçiriləcəcək.

Danışıqlarda Şimali Koreyanın nümayəndə heyətinə başçılıq edən Çun Yun -Vu deyib ki, o Makau bankından vəsaitin Çin Bankına köçürülməsini gözləyir, lakin əlavə edib ki, bu, yalnız texniki bir problemdir.

ABŞ-ın rəsmiləri Şimali Koreyanın bu puldan yalnız humanitar sahələrə səfr edəcəyinə vəd verdikdən sonra, vəsaitin Çin bankındakı hesaba köçürülməsinə razılıq versə də, Çin bankı əməliyyatı həyata keçirməkdən imtina edir.