Qırğızıstan ABŞ hərbçisini mühakimə etmək istəyir

Qırğızıstan rəsmiləri Birləşmiş Ştatlardan ötən il qırğız vətəndaşını öldürən hərbçini Qırğızıstanda mühakimə olunmaq üçün təhvil verilməsini istəyib.

ABŞ qoşunlarını qırğız məhkəmələrində mühakimə olunmaqdan qoruyan diöplomatik toxunulmazlıq statusuna baxmayaraq, Qırğızıstanın baş prokuroru hərbçinin təhvil verilməsini tələb edib.

Qırğız vətəndaşı Aleksandr İvanov paytaxt Bişkekin yaxınlığındakı Manas hərbi bazasına aparan yolda, yoxlanış məntəqəsində Dekabr ayında güllə ilə öldürülmüşdü.

ABŞ əsgəri bıçaqla hədələndiyi üçün atəş açdığını bildirmişdi. Bu insidentdən sonra qırğızıstan prezidenti Kurmanbek Bakiyev ABŞ-la hərbi bazanın taleyi ilə bağlı müqaviləni yenidən nəzərdən keçirməklə hədələmişdi.