ABŞ senatorları Məhəmməd Şeyx Xalidin işgəncə barədə iddialarını araşdırmağa çağırır

İki ABŞ senatoru Mərkəzi Kəşfiyyat İdarəsində saxlanılarkən işgəncəyə məruz qaldığını iddia edən terror şübhəlisinin ittihamlarını araşdırılmasına çağırıb.

Demokrat Karl Levin və respublikaçı Lindsi Qrehem Xalid Şeyx Məhəmmədin Quantanamo körfəzində martın 10-da keçirilən məhkəməsində iştirak ediblər.

11 sentyabr və digər terror aktlarını planlaşdırdığını etiraf edən Məhəmməd həmçinin Quantanamo məhbəsinə keçirilməzdən öncə pis rəftara məruz qaldığı barədə yazılı vəsatətlə çıxış edib. Levin və Qrehem birgə bəyanatlarında bu iddiaların araşdırılmamasının ABŞ-ın imicinə pis təsir edə biləcəyini bəyan ediblər.