Abxaziya kəndləri hücuma məruz qalıb

Gürcüstanın bildirdiyinə görə, Rusiyanın döyüş vertolyotları dünən gecə Abxaziyanın kəndlərini atəşə tutub. Gürcüstanın müdafiə naziri Levan Nikollayşvili müxbirlərə bildirib ki, iki vertolyot Rusiya ərazisindən keçərək Kodori dərəsində iki qəsəbəni atəşə tutub. Hücum zamanı pllis idarəsinə ziyan dəydiyi bildirilir. Həm Rusiya, həm də Abxaziya bu iddiaları rədd edir.