Prezident Buş Kolumbiyadadır

Prezident Buş Kolombiya prezidenti Alvaro Uribe ilə görüşmək üçün bu gün qısa müddətli səfərlə bu ölkədəyə səfər edib. Bu, ABŞ prezidentinin Latın Amerikasının beş ölkəsinə səfərinin üçüncü dayanacağıdır. Dövlət başçılarının Kolombiyanın narkotik qaçaqmalçılığı və üsyançı qruplara qarşı apardığı mübarizəyə ABŞ-ın dəstəyi məsələsini müzakirə edəcəkləri gözlənilir. Cənab Uribenin hökuməti son yeddi ildə Birləşmiş Ştatlardan 4 milyon dollar məbləğində maliyyə yardımı alıb. ABŞ-da bəzi demokrat qanunvericilər Uribe tərəfdarlarının yarı hərbi dəstələrlə əlaqəsilə balğı yaranmış qalmaqala görə Kolobiyaya yardımın səviyyəsini sual altına alır.